Testosteron nədir?
Testosteron – əsas kişi cinsi hormanlarından biridir. O daha çox xayalardan, qismən də böyrəküstü vəzdən ifraz olunur. Bu hormon periferik metabolizm məhsulu olub, oğlanlarda virilizasiya, qızlarda isə androgenizasiyaya cavabdehdir. Testosteron çox vaxt seksuallıq hormonu kimi assosiasiya olunur. O, spermatazoidlərin əmələ gəlməsində vacib rol oynayır. Həmçinin sümük və əzələ toxuması inkişafına da təsir göstərir.
TESTOSTERONU ARTIRAN 10 ŞEY
Zülallı qidalar
Orqanizmdə testosteron səviyyəsini artırmaq üçün süd məhsulları, yumurta, ət (pəhrizlik mal əti, quş əti) kimi tərkibində yüksək zülal olan qida istifadə edin. Bu, əzələ kütləsinin böyüməsinə də müsbət təsir göstərir. Zülallı qidanı 1 kq bədən çəkisinə 2 qram zülal nisbəti ilə istifadə etmək lazımdır.
Tərəvəzlər
Hamıya məlumdur ki, tərəvəz istifadəsi əzələ sağlamlığı və böyüməsi üçün vacibdir. Lakin bu yaxınlarda alimlər araşdırıblar ki, bir sıra tərəvəzlər orqanizmdə kişi hormonu səviyyəsinə təsir etməyə də qabildir. Buraya kələmin bütün növləri – brokoli, kolrabi, Çin və Brüssel kələmi, həmçinin kress-salat aiddir. Bu məhsullarda indol və fitonutrient kimi fermentlər var. Onlar estroqen səviyyəsini aşağı salır. Bu zaman orqanizmdə testosteronun miqdarı artır.
Yağlar
Orqanizmdə testosteron səviyyəsini artırmaq üçün tərkibində omeqa 3 yağları olan məhsulların istifadəsi tövsiyə olunur. Onlara ilk növbədə yağlı balıq (makrel, qızılbalıq, xanı balığı, siyənək, forel, sardin) və bitki yağları, məsələn, zeytun və kolza yağları aiddir.
Alkoqoldan imtina
Tibb işçiləri hərdən immuniteti yüksətmək üçün yeməkdən əvvəl bir bokal qırmızı çaxır (şərab) qəbul etməyi məsləhət görürlər. Ancaq böyük dozada alkoqolun tez-tez istifadəsi kişi hormonuna mənfi təsir göstərərək, onun aşağı düşməsinə yol açır.
Xüsusi bitkilər
Samanlıq güldəfnəsi otu insan orqanizmindəki testosteron səviyyəsinə müsbət təsir edir. Qan şəkərini aşağı salır. Bu da öz növbəsində güc məşqləri sonrası əzələ kütləsinin böyüməsinə xidmət edir. Öz qida rasionunuza samanlıq güldəfnəsi otu daxil edin. Məsələn, onu çay kimi dəmləmək olar.
Jenşen kökü orqanizmdə çox fizioloji funksiyaların stimullaşdırılması üçün qüdrətli vasitələrdən biridir. İlk növbədə kişi orqanizmində potensiyanı və testosteron səviyyəsini artırmaq qabiliyyətinə malikdir.
Tam yuxu
Sizin gecə yuxunuz 8-10 saat sürməlidir. Bu zaman müddətində bədən və əzələlər boşala və məşqdən sonra tamamilə bərpa oluna bilər. Yaxşı istirahət özünü gümrah və enerjili hiss etməyə imkan verir. Bu da məşqlərinizin məhsuldarlığı və nəticəsi, həm də orqanizmdəki testosteronun miqdarı üçün çox vacibdir.
İdman
Ağır çəki ilə güc tapşırıqlarının yerinə yetirilməsi əzələ toxuması böyüməsini stimullaşdırır. O da öz növbəsində orqanizmdə testosteronun artması ilə qarşılıqlı əlaqədardır. Fiziki gərginlikdən dərhal sonra testosteron maksimal həddə çatır və sutka ərzində davam edir.
Orqanizmdə testosteron səviyyəsini artırmaq üçün həftədə 40-60 dəqiqə olmaqla 3-4 dəfə məşq etmək lazımdır. Xüsusilə də mümkün maksimal çəki ilə 5-6 dəfə az sayda təkrarlarla tapşırıqlar effektlidir. Aradakı istirahət müddəti 2 dəqiqədən çox çəkməməlidir.
Kardio-məşqlər
Kardio-tapşırıqlar ürəyin yaxşı iş qabiliyyəti üçün vacibdir. Ancaq aerob gərginliyə çox zaman ayırmağa dəyməz. Çünki o, testosteron səviyyəsinə endirici təsir edə bilər. Bu o demək deyil ki, siz ondan tamamilə imtina etməlisiniz. Kardio-məşqlərin optimal müddəti həftədə 4 dəfədən çox olmayaraq 30-45 dəqiqədir.
Şirniyyatdan imtina
Şəkər insulini artıran, testosteronu aşağı salan qidalardan sayılır. Şəkərdən birdəfəlik imtina etmək çətindir. Amma onun istifadəsini azaltmaqla yolu ilə testosterone səviyyəsini artırmaq olar.
D vitamini
D vitamini testosteron səviyyəsini təbii olaraq qaldırmaq üçün olduqca effektivdir. Bunun ən yaxşı yolu günəş işığı altında çölə çıxmaqdır.